Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq.
FinFly "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi geosiyasi və geostrateji əhəmiyyətə malikdir:
"Bu yol regional və qlobal ticarətə də böyük töhfə verəcək. Layihə Türkiyənin vasitəçilik missiyasını və sülhə töhfəsini bir daha sübut edir. Türkiyə qlobal iqtisadiyyatın gələcəyini düşünən bir baxış ortaya qoyur. Qars bu xəttin dəmirdən qapısı olacaq, İğdır qlobal ticarət məkanına çevriləcək, Aralık və Dilucu isə Zəngəzur dəhlizinin açarı olacaq”.
Nazir bildirib ki, Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttindən daha çox beynəlxalq arenada səs salacaq birliyin, rifahın və sülhün yoludur:
"Bu yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq sərhədlərin açılmasını və diplomatik münasibətlərin normallaşmasını sürətləndirəcək".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
