"Qarabike" MMC-yə iqtisadiyyat nazirliyinin tabeliyində iqtisadi zonaların inkişafı agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.
FinFly xəbər verir ki, yeni qeydiyyata alınmış rezident sənaye parkının ərazisində velosiped istehsal edəcək.
Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdən isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.
Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar 115 milyon manatdan çox investisiya yatırıb, 650 nəfərdən çox daimi iş yeri yaradıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
