05 Iyn, 2025 12:56
İqtisadiyyat nazirliyi yanında iqtisadi zonaların inkişafı agentliyinin idarəçiliyində olan "Araz vadisi iqtisadi zonası" sənaye parkında boya fırçası və boya rulosu istehsal ediləcək.
FinFly agentliyə istinadən xəbər verir ki, "Desen MM" MMC-yə sənaye parkında rezidentlik verilib. Layihənin investisiya dəyəri 1,9 milyon manatdır.
Türkiyə və Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Parkda hazırda 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Belə ki, sahibkarlar parka 35 milyon manatdan çox investisiya yatırıb, 100-ə yaxın daimi iş yeri yaradıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
