Rusiya prezidenti Vladimir Putin davam edən hərbi əməliyyatlar kontekstində xarici kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin Rusiya silahlı qüvvələri üçün qanuni hədəf sayılacağını bildirib.
FinFly xəbər verir ki, o, bunu 10-cu Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
"Əgər orada (Ukraynada - red.) hər hansı bir qoşun meydana çıxarsa, xüsusən indi, hərbi əməliyyatlar zamanı, biz onları (xarici qüvvələri - red.) məhv etmək üçün qanuni hədəf kimi hesab edəcəyik", - Rusiya prezidenti vurğulayıb.
Putin qeyd edib ki, uzunmüddətli sülh qəbul olunarsa, xarici qoşunların Ukrayna ərazisində olması zərurəti aradan qalxacaq:
"Bu (sülh - red.) razılaşmalar əldə olunarsa, Rusiyanın onları tam şəkildə yerinə yetirəcəyinə heç kim şübhə etməsin. Biz həm Rusiya, həm də Ukrayna üçün hazırlanmalı olan təhlükəsizlik zəmanətlərinə hörmətlə yanaşacağıq".
Putin həmçinin bu mövzuda hələlik ciddi danışıqların aparılmadığını vurğulayaraq, Avropadakı "istəklilər koalisiyası"nın dünənki məsləhətləşmələrindən sonra ABŞ prezidenti Donald Trampla hələ danışmadığını qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
