Rusiya Prezidenti Vladimir Putin noyabrın 25-27-də Qırğızıstana dövlət səfəri edəcək.
FinFly xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip bildirib.
Onun sözlərinə görə, səfər Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə baş tutacaq və iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm hadisə olacaq.
"Səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. İkitərəfli əməkdaşlığın əsas məsələləri, həmçinin Aİİ, MDB, ŞƏT və KTMT çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə ediləcək. Ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiya və sənaye qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə, hərbi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafına, həmçinin regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək", - o vurğulayıb.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının və ticari-iqtisadi, maliyyə və digər sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
