Düşünürəm ki, mən prezident olmasaydım, o,(Rusiya Prezidenti Vladimir Putin – Qeyd) bütün Ukraynanı ələ keçirərdi, bu, heç vaxt baş verməməli olan müharibədir. Amma mən prezidentəm və o, mənimlə oynaya bilməz.
FinFly xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp əlavə edib ki, onunla Rusiya lideri arasında görüş uğursuz olarsa, çox tez başa çatacaq: “Əgər bu, uğurlu görüş olarsa, yaxın gələcəkdə sülhə nail olacağıq”.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözlənilən olub:
"Mənim rəhbərliyimdə belə olmayıb və dörd il ərzində heç müzakirə olunmayıb. Münaqişənin yaxınlaşdığını görürdüm, gedəndən sonra nə olduğunu gördüm. Hamı günahkardır, Putin günahkardır, hamısı günahkardır".
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
