15 May, 2025 22:28
Peter Mixalko Azərbaycandakı diplomatik missiyasını başa vurur.
FinFly xəbər verir ki, o 2021-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Missiyası dövründə Mixalko Aİ ilə Azərbaycan arasında əməkdaşlığın enerji, iqtisadiyyat, münaqişədən sonrakı bərpa və iqlim gündəliyi sahələrində möhkəmləndirilməsinə töhfə verib. O cümlədən, Bakıda keçirilən COP29-a hazırlıq prosesində fəal iştirak edib.
Peter Mixalko Azərbaycana təyin olunmazdan əvvəl Aİ-nin Moldovadakı nümayəndəliyinin rəhbəri və Slovakiyanın Yunanıstandakı səfiri olub. Hazırda Aİ-nin Azərbaycandakı nümayəndəliyinə kimin rəhbərlik edəcəyi hələlik rəsmi olaraq elan olunmayıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
