28 Apr, 2025 15:50
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm dialoq tərəfdaşıdır.
FinFly-nin məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.
"Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir və Azərbaycanın təşkilatın beynəlxalq təsirini genişləndirmək məqsədi ilə ŞƏT çərçivəsində əməkdaşlıq təşəbbüslərini alqışlayır", - deyə, diplomat bildirib.
Mey həmçinin vurğulayıb ki, Çin ticarət və investisiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və yaşıl inkişaf da daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səviyyəsini artırmaq üçün Azərbaycanla qarşılıqlı fəaliyyət üçün ŞƏT platformasından istifadə etməyə hazırdır.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
