Fransa xüsusi xidmət orqanları Parisdə Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən "SOS Donbass" assosiasiyasının iki üzvünü, o cümlədən bir rusiyalı qadını saxlayıb.
FinFly xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, noyabrın 17-də Rusiya vətəndaşı ilə Fransa vətəndaşı Paris Prokurorluğu tərəfindən başlanmış istintaq çərçivəsində Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən saxlanılıb.
96 saatlıq həbsdən sonra hər ikisinə "xarici vətəndaşlarla sövdələşmə", "xarici dövlət üçün maraq kəsb edən məlumatların toplanması fəaliyyəti" və "cinayət törətmək məqsədilə sui-qəsd" ittihamları irəli sürülüb.
Nəşr qeyd edib ki, kəşfiyyatın versiyasına görə, "SOS Donbass" iştirakçıları humanitar fəaliyyət adı altında casusluqla məşğul olublar.
Son xəbərlər
-
05 Dek, 2025
ABŞ NATO-nun daimi genişlənməsi istəmir...
-
05 Dek, 2025
"ASAN xidmət" təcrübəsi Kambocada tətbiq olunacaq...
