05 Avq, 2025 16:05
Özbəkistan BMT ilə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq kontekstində yeni beşillik əməkdaşlıq proqramı imzalamağa hazırlaşır.
FinFly Özbəkistan liderinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu məsələ Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin BMT-nin Baş katibi Antonio Quterreş ilə BMT-nin Dənizə Çıxışı Olmayan Ölkələr üzrə Üçüncü konfransı çərçivəsində keçirilən görüşdə müzakirə olunub.
Tərəflər qlobal və regional inkişafın aktual məsələlərini, həmçinin BMT Baş Assambleyasının 80-ci sessiyasına hazırlıq işlərini müzakirə ediblər.
Ş.Mirziyoyev artıq əldə edilmiş razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu gün BMT ilə 160-dan çox birgə proqram və layihə həyata keçirilib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
