19 Snt, 2025 16:21
Özbəkistanın Təhsil Nazirliyi, UNİCEF və İslam İnkişaf Bankı ölkənin təhsil sektoruna bu günə qədər yatırılan ən böyük sərmayə olan və ümumi məbləği 220 milyon dollar olan SmartED layihəsinə start verir.
FinFly xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb.
Layihə çərçivəsində Nazirlik və UNİCEF arasında inklüziv təhsil modellərinin sınaqdan keçirilməsini, milli kurrikulumun və qiymətləndirmə sisteminin müasirləşdirilməsini, keyfiyyətin təminatı mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutan ümumi dəyəri 19,2 milyon ABŞ dolları olan sazişlər imzalanıb.
İslahatlar Özbəkistandakı hər bir sinif otağına innovasiya, bərabərlik və beynəlxalq standartları tətbiq etmək məqsədi daşıyır.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
