16 Snt, 2025 13:20
McLaren-in avstraliyalı pilotu Oskar Piastri bildirib ki, o, Bakı trekində yarışı Formula 1 təqvimində favoritlərindən biri kimi hesab edir.
Bu barədə FinFly RacingNews365-ə istinadən xəbər verir.
2024-cü ildə avstraliyalı Azərbaycan Qran Prisinin qalibi olub. O ikinci və üçüncü yerləri tutan Ferrari-dən moneqasklı Çarlz Lekler və Mercedes-dən britaniyalı Corc Rasseli qabaqlayıb.
24 yaşlı pilot Azərbaycan Qran Prisi ərəfəsində paylaşım edib:
"Bakı ilə bağlı inanılmaz dərəcədə isti xatirələrim var. Bu yarışı favoritlərimdən biri kimi hesab edirəm. Əhəmiyyətli uğur qazandığınız trekə qayıtdığınız zaman daima üstünlüyə malik olursunuz".
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
