Türkiyə olaraq Gürcüstan, Qazaxıstan, Ukrayna və Azərbaycanla birlikdə Orta Dəhlizin inkişafı istiqamətində atdığımız addımlar nəticəsində yeni üzv şirkətlərin əlavə olunması ilə dəhliz getdikcə genişlənir.
FinFly xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Dövlət Dəmir Yollarının "TCDD taşımacılık" şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın deyib.
Onun sözlərinə görə, hazırda dəhlizin Çinlə Avropa arasındakı daşımalarda əsas xüsusiyyəti ən qısa müddətdə, ən təhlükəsiz formada Çindəki məhsulların Avropaya, Avropadakı məhsullaırn da Çinə daşınmasına vasitə olmasıdır.
Yalçın bildirib ki, hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin hazırda üzv sayı 20-dən çoxdur:
“Türkiyə olaraq Azərbaycanla əməkdaşlıq halında Orta Dəhlizin güclənməsi baxımından məsləhətləşmələr aparırıq. Dəhliz üzrə yük daşımalarımızı gələn ilə qədər 2,5 milyon tona çatdırmağı hədəfləmişik. Bu il orta dəhliz üzərində təqribən 96 min konteyner daşımasını planlayırıq. Fəaliyyətlərimiz nəticəsində Çində birliyimizin bir təmsilçiliyinin qurulmasına nail olmuşuq. 2025 və sonrakl illərdə Orta Dəhlizin inkişafı və alternativ oparaq şimal.cənub dəhlizlərindən əlavə ən qısa müddətdə qərb və şərq arasındakı yükdaşımaları artırmağı planlayırıq”.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
