02 Snt, 2025 15:56
NATO ölkələri avqustun əvvəlindən ABŞ-dan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıb.
FinFly Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Lüksemburqda keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Mark Rütte deyib.
"NATO ölkələri artıq Ukrayna üçün ABŞ-dan 2 milyard dollar dəyərində silah alıblar. Həm öldürücü, həm də öldürücü olmayan silahlar var", - o deyib.
Onun sözlərinə görə, söhbət avqustun əvvəlində işə salınan sxemdən gedir, ona əsasən ABŞ öz silahlarını Ukraynaya tədarük edir və bunun pulunu Avropa ölkələri tam ödəyir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
