24 Snt, 2025 09:26
Böyük Britaniya NATO-nun hava məkanının müdafiəsində iştirak etməyə hazırdır.
FinFly xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında çıxışı zamanı bəyan edib.
"Son həftələrdə biz NATO-nun hava məkanının Estoniya, Polşa və Rumıniya üzərində təxribat xarakterli və düşüncəsiz şəkildə pozulmasının şahidi olduq. NATO bu pozuntulara qarşı qətiyyətlə çıxış edir. Biz hərəkətə keçməyə hazır olacağıq", – deyə Kuper bildirib.
O qeyd edilən ölkələrin səması üzərindəki hadisələrin arxasında Rusiyanın dayandığını vurğulayıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
