25 Noy, 2025 17:00
Rusiya ABŞ-dən Avropa və Kiyevlə razılaşdırılmış Ukrayna planının aralıq versiyasını almağı gözləyir.
FinFly xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"Biz onlardan (ABŞ-dən - red.) bu mətnin avropalılar və ukraynalılarla razılaşdırma mərhələlərinin başa çatması baxımından aralıq hesab etdikləri versiyanı gözləyirik", - o deyib.
Lavrovun sözlərinə görə, Donald Tramp administrasiyasının rəsmi planı Rusiya tərəfinə təqdim edilməyib: sənəd qeyri-rəsmi kanallar vasitəsilə əldə edilib.
Bununla yanaşı, o vurğulayıb ki, Trampın planında yer alan bir sıra ifadələr dəqiqləşdirmə tələb edir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
