"Boston Consulting Group"la innovasiya və rəqəmsal həlləri təşviq edən strategiyaların iqtisadi proseslərə təsirləri müzkirə olunub.
İqtisadiyyat Nazirliyindən FinFly-ə verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, BCG Henderson İnstitutunun sədri Martin Rivz ilə görüşüb.
Görüşdə ölkəmizdə rəqəmsal transformasiyanı, innovativ düşüncə tərzini təşviq edən, dövlət və özəl sektoru bir araya gətirən təşəbbüslərin dəstəklənməsi və ekosistemin qurulması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.
Tərəflər innovasiya və rəqəmsal həllərə dair strategiyaların iqtisadi proseslərə təsiri, qlobal ticarətin şaxələnməsi şəraitində ölkəmizin malik olduğu potensialın dəyərləndirilməsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
