Azərbaycan Mərkəzi Bankı (AMB) PASHA Bank ASC-yə icrası məcburi sərəncam verib.
FinFly bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumadta deyilir ki, bankın martın sonuna AMB-yə təqdim etdiyi hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativini pozduğu üzə çıxıb.
Odur ki, “Banklar haqqında” qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, PASHA Banka müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
