2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 15 milyard 114,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib.
FinFly xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 42,1 faiz çoxdur.
Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 milyard 333,6 milyon manat (əvvəlki ilə nisbətən 4,3 dəfə çox) olan 62 emissiya prospekti (82,35 faiz çox) və 3 informasiya memorandumu (25 faiz az) təsdiq edilib.
Qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması və özəl sektorun maliyyələşmə imkanlarının artırılması məqsədilə 1 iyul - 31 dekabr 2024-cü il tarixləri arasında ilk dəfə səhm buraxılışı edib listinqə alınan şirkətlər listinq haqqından azad edilib. Eyni zamanda il ərzində də kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad olunması güzəşti davam etdirilib, investorların xərclərinin optimallaşdırılması istiqamətində işlər görülüb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
