12 Iyn, 2025 15:45
Azərbaycan Mərkəzi Bankı (AMB) qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib.
FinFly AMB-yə istinadən xəbər verir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC-nin lisenziya almadan ödəniş xidmətləri göstərdiyi üzə çıxıb. Müvafiq pozuntu halı ilə əlaqədar şirkət barədə “Mərkəzi Bank haqqında” qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər görülüb, o cümlədən quruma ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
