2025-ci ilin I yarısında Azərbaycana xaricdən 533,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 238,1 milyon ABŞ dolları pul köçürülüb.
FinFly xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun statistika departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (214 milyon ABŞ dolları), Türkiyə (87,8 milyon ABŞ dolları), ABŞ (52,1 milyon ABŞ dolları), Böyük Britaniyadan (18,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (18,5 milyon ABŞ dolları) daxil olub.
Bundan başqa, Nəsirov qeyd edib ki, ilk yarım il ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (68 milyon ABŞ dolları), ABŞ (40 milyon ABŞ dolları), Rusiya (22,1 milyon ABŞ dolları), Gürcüstan (13,8 milyon ABŞ dolları) və Böyük Britaniya (12,3 milyon ABŞ dolları) qərarlaşıb.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
