Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-ni (BFB) və onun vəzifəli şəxslərini cərimələyib.
FinFly AMB-yə istinadən xəbər verir ki, qurumun BFB-də apardığı hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə Birja İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə 6 000 manat , onun vəzifəli şəxsi isə 1 500 manat cərimələnib.
Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədri İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat cərimə edilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
