20 Noy, 2025 14:14
İsrail sərhəd mübahisələri ilə bağlı danışıqlar aparmaqdan imtina edir və atəşkəs razılaşmasının şərtlərinə əməl etmir.
FinFly xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail sərhəd mübahisəsinin həlli üçün Livanla əməkdaşlıq etmək istəmir, buna görə də İsrail Müdafiə Qüvvələri hələ də sərhədin Livan tərəfindəki beş əsas nöqtədə yerləşib.
"Onlar danışıqlar tələb edirlər, biz hazır olduğumuzu göstərəndə isə görüşməyə razı olmurlar", - N.Salam bildirib.
O əlavə edib ki, bu məsələni ABŞ hökuməti ilə müzakirə etməyi planlaşdırır.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
