Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətinin əsas prioritetləri sülh və əməkdaşlıqdır, bunlar heç vaxt dəyişməyib.
FinFly xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri və professor-müəllim heyəti qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri və onların üç qonşusu arasında "3+3" formatında əməkdaşlığın tezliklə bərpa olunacağına ümid edir:
"Çox ümid edirik ki, vaxtilə Türkiyə və Azərbaycanın irəli sürdüyü təşəbbüs, yəni "3+3" platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu – İran, Türkiyə, Rusiya... Hesab edirik ki, bu formatı bərpa etməyin vaxtıdır".
Lavrov həmçinin tezliklə görüşün keçiriləcəyinə ümidvar olduğunu deyib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
