28 Fvr, 2025 10:50
Fevralın 28-da kriptovalyuta birjalarında Bitkoin ucuzlaşıb.
FinFlly xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası saat 09:30-a CoinMarketCap platformasında 6,66 faiz ucuzlaşaraq 79 638 ABŞ dolları təşkil edib.
Son bir gündə Ethereum-un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8,99 faiz azalaraq 2 111 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 8 faiz, BNB isə 6,97 faiz ucuzlaşıb.
Qeyd edək ki, Bitkoin-in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötmüşdü.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
