Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Kremldə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub - FinFly

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner ilə Moskvada keçirilən görüşündə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub.

FinFly xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, hələlik kompromis planı yoxdur; Amerikanın bəzi təklifləri Rusiya üçün məqbuldur, bəziləri isə yox.

"Söhbət çox faydalı, konstruktiv və çox məzmunlu olub", - Rusiya prezidentinin köməkçisi bildirib.

O qeyd edib ki, görüşdə ərazi məsələsi müzakirə olunub: "Putinlə Uitkoffun görüşündə ABŞ-nin sülh planının konkret formaları müzakirə olunmayıb; mahiyyətindən danışıblar".

Uşakov vurğulayıb ki, tərəflər Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.