13 May, 2025 14:46
İyun ayının qeyri-iş günləri açıqlanıb.
FinFly xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar ardıcıl olaraq 6,7,8 və 9 iyunda iş olmayacaq.
15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 16 iyun iş olmayacaq.
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftəsonları da daxil olmaqla, iyunda 13 gün qeyri-iş günü olacaq.
Son xəbərlər
-
05 Dek, 2025
ABŞ NATO-nun daimi genişlənməsi istəmir...
-
05 Dek, 2025
"ASAN xidmət" təcrübəsi Kambocada tətbiq olunacaq...
