22 Noy, 2025 23:35
Bu gün İsrailin Qəzza sektoruna endirdiyi hava zərbələri nəticəsində ən azı 23 nəfər həlak olub.
FinFly xəbər verir ki, hava hücumları Qəzzanın mərkəzi və şimal hissəsinə yönəlib, yaşayış evləri və mülki avtomobil bombalanıb.
Fələstinin HƏMAS təşkilatına yaxın olan "Quds" informasiya portalı bildirib ki, anklavın xəstəxanalarına xəsarət alanlar, o cümlədən uşaqlar da gətirilib, lakin onların dəqiq sayı hələ açıqlanmayıb.
Xatırladaq ki, noyabrın 20-də HƏMAS İsraili Qəzza sektorunda "sarı xətt"dən kənarda nəzarət etdiyi ərazini genişləndirməkdə ittiham etmişdi. Hərəkatın iddialarına görə, İsrail hərbçiləri Qəzza şəhərinin şərqində yerləşən Əş-Şucaiyyə bölgəsində sərhəd xəttini 300 metr irəli çəkiblər.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
