02 Okt, 2025 17:01
İsrail Xarici İşlər Nazirliyi "Sumud" flotiliyasının ələ keçirilməsi əməliyyatının başa çatdığını bəyan edib.
FinFly xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"HƏMAS-Sumud təxribatı başa çatıb. Yaxtların heç biri fəal döyüş zonasına uğurla daxil ola və ya qanuni dəniz blokadasını poza bilməyib. Sərnişinlər üçün təhlükə yoxdur. Onlar İsrailə yola düşürlər, oradan isə Avropaya deportasiya olunacaqlar", - məlumatda deyilir.
Qurum münaqişə zonasından uzaqda daha bir gəminin qaldığını qeyd edərək onun Qəzza zolağına getmək cəhdinin qarşısının alınacağı barədə xəbərdarlıq edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
