Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
IsDB Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 mln dollar ayırıb - FinFly

İslam İnkişaf Bankının (IsDB) İcraçı Direktorlar Şurası Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə 436,7 milyon ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib.

FinFly IsDB-yə istinadən xəbər verir ki, vəsaitlər suvarma suyu itkilərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərinə uyğun olaraq kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək.

Layihə həmçinin "yaşıl artım"a, iqlim dayanıqlılığının gücləndirilməsinə və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.

2024-cü ilin sonuna IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1 milyard 106 milyon ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.