Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FinFly

İrandan Azərbaycana PUA ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə FinFly Dövlət Sərhəd Xidmətindən məlumat əldə edib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2 ) nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1993-cü il təvəllüdlü Mərdanov Natiq Vahid oğlu və 1995-ci il təvəllüdlü Mahmudov Elşən Arif oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.