İranda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib.
FinFly xəbər verir ki, bu rəqəmlər "Human Rights Activist News Agency" (HRANA) təşkilatının aksiyaların 18-ci gününün yekunlarına dair hesabatında öz əksini tapıb.
Ölənlərdən 13-nün uşaq, 14-nün isə aksiyalarda iştirak etməyən mülki şəxslər olduğu bildirilib. 153 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyü vurğulanan məlumatda 882 ölüm halı ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.
Məlumata görə, yanvarın 14-də ölkə üzrə 31 vilayətin 187 şəhərində 617 etiraz aksiyası qeydə alınıb.
Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
