ABŞ Prezidenti Donald Tramp İranın nüvə razılaşmasına gedəcəyinə ümid etdiyini bildirib.
FinFly xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.
Tramp əlavə edib ki, bunun üçün vaxt bitir.
"Mən artıq İrana demişəm - razılaşma bağlayın! Onlar bunu etmədilər və "Gecəyarısı çəkic" əməliyyatı başladı. Növbəti hücum daha da pis olacaq! Bunun təkrarlanmasına yol verməyin. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - Tramp yazıb.
O yenidən təkrarlayıb ki, ABŞ "Abraham Lincoln" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi nəhəng armadanı İrana doğru göndərib.
Trampın sözlərinə görə, bu armada ABŞ-nin Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı zamanı Venesuelaya göndərdiyi qüvvələri miqyasına görə üstələyir: "O, sürətlə, böyük güc, həvəs və məqsədyönlülüklə hərəkət edir. Donanma hazırdır və lazım gələrsə öz missiyasını tez bir zamanda yerinə yetirmək qabiliyyətindədir".
ABŞ Prezidenti ümid edir ki, Tehran, İranın nüvə silahına sahib olmayacağı ədalətli və bərabərhüquqlu sövdələşməyə razılıq verəcək. Eyni zamanda o vurğulayıb ki, qərar qəbul etmək üçün vaxt bitir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
