04 Mar, 2026 14:44
İran yenidən "Saudi Aramco" şirkətinin Səudiyyə Ərəbistanının Ras-Tannura şəhərində yerləşən ən böyük neft emalı zavoduna (NEZ) hücum edib.
FinFly xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını zərərsizləşdirib. "İlkin qiymətləndirmələrə görə, hücum PUA vasitəsilə həyata keçirilib və heç bir dağıntıya səbəb olmayıb", - nazirliyin bəyanatında deyilib.
Xatırladaq ki, ötən gün İranın "Shahed-136" dronlarının Ras-Tannuradakı NEZ-ə hücumu nəticəsində Səudiyyə Ərəbistanı müəssisənin fəaliyyətini bir neçə gün müddətinə dayandırıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
