İran Milli Bankının Bakı filialı 2025-ci ili 4,412 milyon manat mənfəətlə başa vurub.
FinFly bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 42,8 faiz azdır.
Ötən il İran bankının gəlirləri 5,935 milyon manat (əvvəlki ilə nisbətən 18 faiz çox), xərcləri 2,077 milyon manat (12,3 faiz az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,478 milyon manat (77,7 faiz az), mənfəət vergisi ödəmələri isə 924 min manat (41,1 faiz az) təşkil edib.
Bu il yanvarın 1-nə İran bankının aktivləri 120,291 milyon manat olub ki, bu da illik müqayisədə 1 faiz çoxdur. Bunun 2,309 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 54,3 faiz böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 4,6 faiz azalaraq 66,938 milyon manat, o cümlədən depozit portfeli 4,2 faiz artaraq 37,101 milyon manat, balans kapitalı isə 9 faiz artaraq 53,353 milyon manat olub.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
