İran, Azərbaycan və Ermənistan arasında dəmiryolu xətti üç ölkə və Avropa ilə tranzitdə effektiv rola malik ola bilər.
FinFly xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda İran mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, İranda Culfaya qədər dəmiryolu mövcuddur. Bu dəmiryolunun Naxçıvandan İrəvana qədər davam etməsi təsdiqlənib.
İranlı nazir bildirib ki, Fars körfəzinin Qara dənizə birləşdirilməsi bölgə üçün əhəmiyyət kəsb edir.
Sadiq qeyd edib ki, İran və Ermənistan arasında magistral yol sahəsində də iki ölkə sərhədində, Nurduzda 2-ci körpünün tikilməsi, mövcud körpünün və terminalların vəziyyətinin yaxşılaşdırılması və yük maşınlarına tətbiq olunan rüsumların dəyişdirilməsi üzrə ilkin razılıq əldə olunub.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
