13 May, 2025 17:19
"Bakıdan Belemə" yol xəritəsi bu il Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP30) təqdim ediləcək.
FinFly xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
Onun sözlərinə görə, 2035-ci ilə qədər illik iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılması hədəflənir.
"Bütün ölkələr birgə çalışaraq təkcə dövlət sektorunun deyil, həm də özəl sektorun hesabına 300 milyard dollarlıq iqlim maliyyə hədəfini 1,3 trilyon dollara çatdırmağa çalışacaqlar. Hazırda braziliyalı həmkarlarla birgə "Bakıdan Beləmə" adlı 1,3 trilyon dollarlıq yol xəritəsinin üzərində çalışırıq", deyə o qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
