Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"-ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
FinFly xəbər verir ki, fərmana əsasən, fondun nizamnamə kapitalı 1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min) manatdan 1 153 400 000 (bir milyard yüz əlli üç milyon dörd yüz min) manata qaldırılır.
Fərmanın icrası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2025-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 85 000 000 (səksən beş milyon) manat hesabına təmin ediləcək.
Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, fond bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
