Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
İlin sonunadək Azərbaycan vasitəsilə Ermənistana göndəriləcək yüklərin növləri müəyyənləşdiriləcək - rəsmi - FinFly

Azərbaycan üzərindən Ermənistana tranzitin açılması regionun nəqliyyat sisteminə əlavə imkanlar gətirir.

FinFly xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorun I müavini Sergey Pavlov deyib.

Onun sözlərinə görə, bu proses çox yeni olsa da, artıq ilk test daşınması həyata keçirilir.

"Nəticə göstərdi ki, bu marşrut yük göndərənlər və müştərilər üçün ən effektiv variantlardan biridir", - deyə o bildirib.

Pavlov vurğulayıb ki, hazırda tərəflər ixrac, idxal və tranzit üzrə daşına biləcək yüklərin növlərini müəyyən etmək üzərində işləyir.

"Bu iş asan deyil və müəyyən razılaşdırma mərhələlərindən keçməlidir. Amma proses artıq başlayıb və çox aktiv aparılır", - deyə qeyd edib.

O bildirib ki, məsələ ilə bağlı dünən də birgə iclas keçirilib və tərəflər bu ilin sonuna qədər bütün detalların dəqiqləşdiriləcəyini gözləyirlər.

"Əminəm ki, cari ilin sonuna qədər hər şey tam aydın olacaq və biz hansı yüklərin, hansı həcmdə daşınacağını konkret deyə biləcəyik", - deyə söləyib.

Xatırladaq ki, noyabrın əvvəlində Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1 048,8 ton Qazaxıstan taxılı ilə yüklənən 15 vaqon Ermənistana göndərilib. Yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.