Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
HR mütəxəssisindən nişanlı qadınlara xəbərdarlıq - FinFly

Əgər nişanlısınızsa, iş müsahibəsi zamanı nişanlı olduğunuzu əsla və əsla söyləməyin.

FinFly xəbər verir ki, bu barədə Linkedin hesabında HR business partner Sahil Hüseynov məlumat paylaşıb.

O qeyd edib, müsahibəni götürən HR mütəxəsislər qadın olsa, müsahibədən keçmək şansınız ümumiyyətlə yoxdur - bilik və bacarığınız müsahibədən keçməyinizə kömək olmayacaq və müsahibədə sizi kəsəcəklər.

"Dünən əməkdaşlıq etdiyim bir şirkətin işə qəbul prosesinə cəlb olunmuşdum. Müsahibə zamanı nişanlı bir qadın namizəd digər namizədlərdən çox fərqləndiyi üçün mənim seçimim həmin xanım oldu. Amma HR xanımlar bu dəfə də məni mat qoymağı bacardılar: Sahil bəy, sizin qiymətləndirmənizə hörmət edirik və elə biz də ən yüksək qiyməti həmin namizədə vermişik, amma biz şirkətin gələcəyinə yük ola biləcək potensial riskləri də nəzərə almaq məcburiyyətindəyik. Bu xanım nişanlıdır, tezliklə ailə quracaq və uşağı olacaq, sonra nə olacağını da başa düşünüz də... Ona görə də şirkət üçün potensial riski önləmək üçün biz o istedadlı xanıma uğur arzulamaqdan başqa çarəmiz qalmır. Vəssalam! Oldum mat! Şirkətin rəhbərinə zəng etdim və o da HR xanımların tərəfində oldu.

Ən maraqlısı da odur ki, şirkətin rəhbəri də mənlə bərabər müsahibə götürən iki HR mütəxəssislər də qadın idilər. Bir sözlə, qadınlar qadın həmcinslərinin gələcəkdə uşaq dünyaya gətirmə ehtimalını əsas tutaraq onu işə almaqdan imtina etdilər.

Sual verdim ki, yaxşı, bəs şirkət əlavə pul ödəyib məni niyə işə qəbul prosesinə cəlb edirdi? Mən məsləhət gördüyüm namizədi seçmədiniz və şirkətinizin mənim üçün ayırdığı maliyə də artıq xərcdən başqa bir işə yaramadı. Cavab verdilər ki, biz HR lar sizdən faydalandıq və bu da şirkətimiz üçün qazancdı. Yəni, xanım HR lar ustaca malaladılar.

Amma mən o xanımın artıq işlə təmin olunmasına köməklik göstərmişəm. Çox savadlı və mədəni səviyyəsi yüksək olan bir xanımdı. Elə həmin HR qadınların yanında əməkdaşlıq etdiyim əla bir şirkətin rəhbərinə zəng etdim və sənə əla bir kadr göndərirəm, onu şirkətində işə al dedim. Xanım getdi və elə dünən də işə alındı. Mən öz adımı qoruyan adamam. Mən iştirak etdiyim bir iş müsahibəsində kiməsə belə absurd haqsızlıq edilməsinə seyrçi qala bilmərəm.

Amma siz diqqətli olun və nişanlı olmağınızı əsla bildirməyin. Yoxsa, qadın HR və rəhbərlər sizə yox deyəcək. Qarşınızda "ya nişan, ya iş" şərtini qoyub nişanı qaytarmağınızı da tələb edə bilərlər. Ona gorə də nə badə barmağınızda nişan üzüyü ilə işə gedəsiniz", - paylaşımda qeyd edilib.