07 May, 2025 01:50
Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.
FinFly xəbər verir ki, bu barədə “ARY News”a Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.
Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.
General qeyd edib ki, Hindistanın xain hücumu cavabsız qalmayacaq.
KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
