
Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb.
FinFly "AnewZ"ə istinadən xəbər verir ki, Çində keçirilən ŞƏT sammitində Pekin Azərbaycanı üzv olmaqda dəstəklədiyini təsdiqləyərək, onun “Şanxay ruhu” prinsiplərinə uyğun olduğunu da qeyd edib.
Məsələ ilə tanış olan rəsmilər AnewZ-ə bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya prinsiplərinə və ikitərəfli mübahisələrin çoxtərəfli platformalara ötürülməsinin yolverilməzliyini şərtləndirən "Şanxay ruhu"na ziddir. Məlumatlara görə, Hindistanın mövqeyi Azərbaycanın Pakistanla qardaşlıq münasibətləri ilə bağlıdır.
"AnewZ"ın mənbələrindən biri qeyd edib ki, bu cür addımlar "Azərbaycanın strateji kursunu dəyişmir, sadəcə olaraq Hindistanın siyasətinin məhdudluğunu və uzaqgörənliyinin olmamasını nümayiş etdirir".
Son xəbərlər
-
01 Snt, 2025
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır...
-
01 Snt, 2025
Azərbaycanda kreditlər 30 milyardı keçdi...
-
01 Snt, 2025
Azərbaycan XİN Özbəkistanı təbrik edib...