İsveçin geyim brendi H&M 2026‑cı ilin ikinci yarısında Azərbaycanda ilk mağazasını açmağı planlaşdırır.
FinFly xəbər verir ki, bu barədə məlumatı H&M Group-un rəsmi açıqlamasında deyilir.
Bildirilib ki, ilk mağaza şirkətin françayzinq tərəfdaşı Sintek ilə fəaliyyətə başlayacaq.
H&M (Hennes & Mauritz) 1947-ci ildə İsveçdə təsis edilmiş beynəlxalq şirkətdir. Brendin biznes konsepsiyası dəb və keyfiyyəti əlçatan qiymətə, eyni zamanda dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə təqdim etməkdən ibarətdir. İlk mağazanın açılışından bu günə qədər şirkət qlobal şəbəkəyə çevrilərək dünyanın müxtəlif ölkələrində müştərilərə geyim və dizayn təklif edir.
H&M Avropanın ən böyük geyim pərakəndə şəbəkəsi olmaqla yanaşı, İspaniyanın Inditex korporasiyasından sonra dünyanın ikinci ən böyük geyim pərakəndəçisidir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
