15 Apr, 2025 11:03
Gürcüstan prezidenti Mixail Kavelaşvili ilk rəsmi səfərini Azərbaycana edib.
FinFly-in məlumatına görə, səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Pataradze vurğulayıb ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dostudur və buna görə də Gürcüstanın altıncı prezidentinin ilk səfərinin Azərbaycanda baş tutması çox vacibdir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
