17 May, 2025 11:46
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili Ermənistanın Tbilisidəki səfiri Aşot Smbatyanla görüşdə iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.
FinFly xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstan və Ermənistanın təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
Eyni zamanda, regionda baş verən proseslər və təhlükəsizlik sahəsində qarşıda duran çağırışlar da müzakirə olunub.
Tərəflər gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı fəaliyyət planlarını nəzərdən keçiriblər.
Səfir Oxanaşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
