24 Noy, 2025 12:41
Gürcüstanın Bağdati rayonunda səhər saatlarından etibarən meşə yanğını başlayıb.
FinFly xəbər verir ki, Fövqəladə İdarəetmə Xidməti Bağdatinin Xani kəndi yaxınlığında qarışıq meşə massivində başlayan yanğının hələ də davam etdiyini bildirib.
Qurumun məlumatına görə, alovun söndürülməsinə 200-ə yaxın yanğınsöndürən və müxtəlif növ xüsusi texnika cəlb olunub. Ərazidə hazırda intensiv yanğınsöndürmə işləri aparılır.
Məlumata əsasən, əməliyyata Sərhəd Polisinin üç helikopteri də qoşulub. Hadisə yerində vəziyyətə operativ nəzarət üçün təcili qərargah yaradılıb.
Rəsmi açıqlamada qeyd olunur ki, yanğının yaşayış məntəqələrinə keçməsi ilə bağlı hər hansı təhlükə yoxdur.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
