Gürcüstan və Qazaxıstan Çin-Avropa istiqamətində konteyner daşımalarının inkişafı üzrə Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
FinFly-in Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir Mariam Kvirivaşvilinin Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşündə deyib.
Görüşdə marşrutun sabit və səmərəli fəaliyyətinin təmin edilməsində Azərbaycanın roluna xüsusi diqqət yetirilib. Xüsusilə beynəlxalq dəhlizlərin rahat, etibarlı və səmərəli fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılmış Middle Corridor Multimodal Ltd. birgə müəssisəsinin əhəmiyyəti vurğulanıb. Şirkət “vahid pəncərə” prinsipi üzrə xidmətlər göstərir, logistika siyasətinin əlaqələndirilməsini təşviq edir və daşınma vaxtının və dəyərinin proqnozlaşdırıla bilməsini təmin edir.
Mariam Kvirivaşvili həmçinin Gürcüstan hökumətinin nəqliyyat və logistika sektorunda həyata keçirdiyi əsas infrastruktur layihələri - Anaklia limanı, Şərq-Qərb magistral yolu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də dəmir yolu infrastrukturunun müasirləşdirilməsi layihələri haqqında məlumat verib.
Görüşün sonunda Gürcüstan tərəfi Qazaxıstanın nəqliyyat nazirini oktyabrın 22-23-də Tbilisidə keçiriləcək 5-ci İpək Yolu Forumunda iştiraka dəvət edib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
