15 Apr, 2025 21:54
Gürcüstan parlamenti "Vətəndaşların siyasi birlikləri haqqında" qanuna və Parlament Reqlamentinə dəyişiklikləri birinci oxunuşda sürətləndirilmiş qaydada qəbul edib.
FinFly xəbər verir ki, hər iki qanun layihəsi müvafiq olaraq 83 və 80 səslə dəstəklənib.
Dəyişikliyə əsasən, siyasi partiyalar və seçkilərə dair tədbir keçirən şəxslər xarici təşkilatlardan həmin seminar, mühazirə və digər tədbirlər qarşılığında ianə qəbul edə bilməyəcəklər. Qrantlar yalnız hökumətin razılığı ilə mümkündür. Qaydalara əməl olunmadıqda ikiqat cərimə tətbiq ediləcək.
Yeni reqlamentdə isə komitə və prosedur qaydaları yenilənir, vətəndaş təşəbbüsünün hüquqi statusu dəqiqləşdirilir və siyasi debatlara dair mexanizm yaradılır.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
