01 Apr, 2025 14:36
Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. Sənəd ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) modelinə əsaslanır.
FinFly xəbər verir ki, qanunun lehinə 86 deputat səs verib.
Sənəd prezident tərəfindən imzalandıqdan və ölkənin qanunverici orqanının rəsmi saytında dərc edildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, sənəd Gürcüstanda böyük ictimai etirazlara səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti qanunun söz və media azadlığını məhdudlaşdıracağını iddia edir. Hakimiyyət isə bildirir ki, sənəd şəffaflığın artırılmasına və xaricdən maliyyələşən təşkilatların hesabatlılığının təmin olunmasına xidmət edir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
