Martın 23-də Gürcüstan və Ermənistan milli komandaları arasında Millətlər Liqasının 2024/25 mövsümünün pley-off mərhələsinin cavab oyunu keçirilib.
Tbilisidəki Boris Paiçadze adına “Dinamo Arena” stadionunda keçirilən qarşılaşma Gürcüstanın millisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 6:1.
Qalib tərəfindən qollarını Otar Kiteişvili (27-ci dəqiqə), Giorgi Mikautadze (14 və 35), Giorgi Çakvetadze (23), Xviça Kvaratsxeliya (62), avtoqol isə erməni müdafiəçi Varazdat Aroyan (4-cü dəqiqə) vurub. 90 dəqiqə ərzində yeganə qolu Ermənistan futbolçusu Edqar Sevikyan 48-ci dəqiqədə vurub.
Martın 20-də İrəvanda baş tutan ilk görüşdə Gürcüstan komandası ilk qələbəsini qazanmağı bacarıb. Gürcüstan yığması o görüşdə qarşı tərəfin doğma meydanında 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, iki oyuna (9:1) əsasən, Gürcüstan komandası növbəti mövsüm Millətlər Liqasının B Divizionunda oynamaq hüququ əldə edib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
